Forum Stats Test Link Test Link Test Link Test Link
Forumlar » Genel » Türk Dünyası Edebiyatı » Şairə-publisist Simuzər Nüsrətbəyli (Baxşıyeva)

Yazar Mesaj   #1010  2016-01-02 02:16 GMT  

Online status admin



Administrators



Mesaj: 1953
Şehir: Ankara
Ülke:
Meslek: Site Yöneticisi
Yaş:

Şairə-publisist Simuzər Nüsrətbəyli (Baxşıyeva)

Azərbaycanın dilbər güşəsi – Lənkəran rayonunun Sütəmurdov kəndində ziyalı  ailəsində andan olub.  İlk üç kitabı “Baxışlı”  imzasıyla çap olunub.  Nüsrətbəyli təxəllüsü isə ata babası Nüsrət bəyin  adı ilə bağlıdır.  Ali  təhsillidir. 10 kitab müəllifi və 1999-cu ildən  Azərbaycan Yazıçılar Birliyin nəzdində yaratdığı  ”Şam” ədəbi məclisinin sədridir.  1997-ci ildən “Ədəbiyyat qəzeti” nin əməkdaşı, bu mətbuat orqanının xarici əlaqələr üzrə ədəbi  bölmənin müdiri vəzifəsində çalışıb. Azərbaycan Yazıçılar Birliyi və Jurnalistlər Birliyinin üzvü olan Simuzər Nüsrətbəyli 2000-ci ildə Azərbaycanda keçirilən ədəbi sənət müsabiqəsində şeir nominasiyası üzrə qalibi – ilin Şairi elan olunub.

 

Azərbaycan Respublikası Prezidentinin illik təqaüdçüsüdür, “Qızıl Qələm ” ədəbiyyat mükafatına layiq görülüb.

Ailəlidir, iki qızı, bir oğlu var. Hazırda Bakı şəhərində yaşayır, bədii yaradıcılıqla məşğuldur.

 

2003-cü ildə bir neçə Avropa ölkələrinə yaradıcılıq səyahətinə çıxmış, Hollandiyada, Almaniyada, Danimarkada, Polşada, Norveçdə olmuş və bir il İsveçin paytaxtı Stokholmda yaşamışdır. Bundan başqa Türkiyə, İran İslam Respublikası və Rusiya kimi ölkələri gəzmişdir.  


__________________