Forum Stats Test Link Test Link Test Link Test Link
Gülce Şiirler » Buluşma » SUSMA, HAYQIR! (Dr. Nazile GÜLTAÇ'a Teşekkürler)
Başlık: SUSMA, HAYQIR! (Dr. Nazile GÜLTAÇ'a Teşekkürler)
Yazar: admin
Tarih: 2017-08-19 03:11 | Bu ?iir 2017-08-26 02:56 tarihinde gnn ?iiri seilmi?tir.
Yorumlar: (0)
Rated 0/5 (0%) (0 Votes)

REKLAMLAR

Dr. Nazile GÜLTAÇ'a çok teşekkürler...


SUSMA, HAYQIR!

....................Şəhidlərə ağı

Doğuya qar yağır, İstanbulda axır qan.
Bir qəndil gecəsində qan ağlayır bu vətən.
Çanaqqala şəhidi ayağa qalxıb deyir ki;
“ Bəs etmədimi?
Yaxşı bax, eşit, dinlə!
Qoç kimi igidlərin tabut- tabut gedir
Bu şərəfsiz PKK- ya həddini bildir …”,

*
*

Qar yağır dağlara, İstanbulda qan axır.
Tələ qurmuş “ kahpeler”neçə ürəklər yaxır,
Qor dağından şəhidlər, gördüm Samsun'a qalxır
Deyirlər ki;
“Bəs etmədimi, 
Yaxşı bax, eşit , dinlə!
Saxlama məni nə olar, buz kimi sözlərinlə!
Bu dünyaya bir nizam verərdin gözlərinlə…”

*
*

Qar yağır yollara, qan axır İstanblda.
Göz yaşımı dindir, gəl, gəl bağrıma soxul da,
Söz edər Sarıqamış, bayrağın rəngi qandı. 
Və deyər ki;
“ Bəs etmədimi,
Yaxşı bax, eşit, dinlə!
Vətənin bayrağına sancılan xəncəri, bük, qır!
Qorxma, sönməz bu şəfəq, birlik ol, susma, hayqır!

*
*

Qar yağır içimə , yas tutur millətim.
Tut əlimdən İstanbul, bu gecə qaldım yetim.
Ceyranları vurulan qərib bir məmləkətəm.
Və deyirəm ki;
“ Bəs etmədimi?
Yaxşı bax, eşit , dinlə!
Daşdı səbr kasamız, ödənəcək bu hesab!
Bu qəhrəman ordunu müzəffər et, Yarəbb!


Şiir : Mustafa Ceylan 
Çeviri : Dr. Nazile GÜLTAÇ (Azerbaycan)

Henüz yorum yapılmamıştır.